BAKI, 22 fevral — Sputnik. Fransanın "Marsel" klubu "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün Bakıya səfərdən əvvəl son məşqinə çıxıb.
Sputnik Azərbaycan xəbər verir ki, Liqa 1 təmsilçisi rəsmi tvitter hesabında Bubakar Kamara və Leonardo Balerdinin məşqdən fotosunu yayımlayıb.
Postda ""Qarabağ" - "Marsel" görüşü hər kəsin ağlındadır" yazılıb.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub. "Marsel" Bakı səfərinə bu gün çıxacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: