SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Vladimir Putini Bakıya dəvət etdi

Danışıqların rəsmi hissəsindən sonra ölkə liderləri məsafə saxlayaraq əllərində şampan stəkanı ilə söhbət ediblər.
Sputnik
BAKI, 22 fevral - Sputnik. Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini qrafik və epidemioloji vəziyyət imkan verən kimi Bakıya səfərə dəvət edib.
Danışıqların rəsmi hissəsindən sonra ölkə liderləri məsafə saxlayaraq əllərində şampan stəkanı ilə söhbət ediblər.
"Bir daha təşəkkür edirəm. Cədvəl və pandemiya imkan verən kimi sizi Bakıda gözləyirik. Çox şad olarıq", - Əliyev deyib.
Fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.
Bu gün Moskvada Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında danışıqlar 4 saatdan bir qədər çox davam edib.
Görüş Kremldə baş tutub. Onların müzakirə etdiyi mövzular arasında Ukrayna və Dağlıq Qarabağ məsələsi əsas yerləri tutub.
Liderlər mətbuat nümayəndələrinin iştirakı ilə aparılan danışıqlardan sonra “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni imzalayıblar.
Bəyannamə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin ən vacib sahələrini əhatə edən 40-dan çox bənd var.
Qeyd edək ki, fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya rəsmi səfərə gedib.
Fevralın 22-də prezidentlər arasında təkbətək görüş keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Rusiya və Azərbaycan prezidentlərinin imzaladığı Müttəfiqlik Bəyannaməsinin tam mətni
Putin və Əliyev Müttəfiqlik Bəyannaməsini imzaladılar
İlham Əliyevlə Vladimir Putinin görüşü: Bəyannamə, Qarabağ, Ukrayna və digər detallar
Əliyevlə Putin Müttəfiqlik Bəyannəməsi imzalayacaqlar