Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əliyevlə Putin Müttəfiqlik Bəyannəməsi imzalayacaqlar

© Official website of President of Azerbaijan RepublicRusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə - Sputnik Azərbaycan, 1920, 21.02.2022
Abunə olmaq
Görüşdə siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı bütün məsələlərin müzakirəsi planlaşdırılır.
BAKI, 21 fevral — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin fevralın 22-də Qarabağ üzrə razılaşmaların icrasını müzakirə edəcəklər. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

"Fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin Rusiyaya rəsmi səfərə gedəcək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Görüşdə siyasi, iqtisadi, ticarət və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı bütün məsələlərin müzakirəsi planlaşdırılır", - deyə məlumatda bildirilir.

Bundan başqa, bu görüşdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağa dair 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmaların yerinə yetirilməsi vəziyyəti, eləcə də Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə də baxılacaq.
"Danışıqların yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran əməkdaşlıq haqqında Bəyannamə imzalanacaq", - deyə məlumatda qeyd olunur.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0