BAKI, 19 fevral — Sputnik. Türkiyənin meqastarı Tarkan yeni mahnısı ilə dünya ikincisi olub. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin uzun müddət sonra təqdim etdiyi "Geççek" klipi 10 milyondan artıq izləyici toplayıb.
Fevralın 17-si "Youtube" portalına yerləşdirilən klip baxış sayına görə ötən gün dünyada izlənilən ikinci video olub. Meqastarın bu ifası Türkiyədə gündəm olub. İstər sənət adamları, istərsə siyasətçilər müğənni ilə bağlı paylaşım edib.
Qeyd edək ki, geniş yayılan sinql ilə bağlı "CNN Türk"ün canlı yayımına çıxan aparıcı Hande Fırat kobud səhvə yol verib. Belə ki, aparıcı "Geççek" mahnısı ilə bağlı tvitləri oxuyarkən ölkənin səhiyyə naziri Fahrettin Kocanın adına açılan saxta hesabdan tviti izləyicilərlə paylaşıb. Aparıcının bu səhvini görən izləyicilər sosial media vasitəsilə onu ələ salıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: