RUSİYA

Lavrov, Çavuşoğlu və Bayramov nə danışıblar?

M.Çavuşoğlu Türkiyənin Rusiya və Ukrayna arasında keçiriləcək iclaslara ev sahibliyi edə biləcəyini vurğulayıb.
Sputnik
BAKI, 16 fevral - Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər. Cari ildə iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını nəzərə alaraq, tərəflər bu xüsusda təşkil ediləcək tədbirlərə dair fikir mübadiləsi aparıblar.
Nazirlər, regiondakı vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, habelə Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.
***
Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya ilə Ukrayna arasındaki gərginliyə dair son yeniliklər müzakirə olunub.
M.Çavuşoğlu Türkiyənin Rusiya və Ukrayna arasında keçiriləcək iclaslara ev sahibliyi edə biləcəyini vurğulayıb.
S.Lavrov isə öz növbəsində türkiyəli həmkarına təşəkkürünü bildirərək, 11-13 mart tarixlərində Antalyada keçiriləcək Antalya Diplomatik Forumuna qatılacağını qeyd edib.
Xatırladaq ki, fevralın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Ceyhun Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tezliklə tam sağalmasını diləyib.
Nazir Ceyhun Bayramov, həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.

Türkiyəli nazir Ceyhun Bayramovu COVID-19-a yoluxduğuna görə qarşıdakı günlərdə planlaşdırılan Azərbaycan səfərini təxirə salmaq məcburiyyətində qaldığına dair məlumatlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Türkiyə Qərbi Ukrayna ilə bağlı bəyanatlarla çaxnaşma yaratmamağa çağırıb
Ukrayna tam dağılmayana qədər sakitləşməyəcəklər - Mariya Zaxarova
ABŞ və Rusiya liderləri arasında növbəti danışıqlar başa çatıb
Sergey Lavrov Entoni Blinkenlə danışdı: Ukraynaya hücum barədə xəbərlər təxribatdır
ABŞ və Rusiyanın müdafiə nazirləri nə danışıblar? Pentaqonun sözçüsü açıqladı
Putinlə Makron arasında telefon söhbəti 1 saat 40 dəqiqə davam edib