BAKI, 16 fevral - Sputnik. Bizi Stoltenberinqin (Yens Stoltenberq-red.) verdiyi bəyanat maraqlandırmır.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zaxarova "hələ aydınlaşdıra bilməmişəm ki, o, baş katibdir, ya bankirdir” deyə Stoltenberq haqda bildirib.
Rusiya XİN sözçüsü NATO baş katibinin dediklərinin ölkəsini maraqlandırmadığını söyləyib:
“O, daha bizi maraqlandırmır. Bu, o adam deyil ki, dedikləri Moskvada ciddi arqumentlər kimi qəbul olunsun. O artıq vurulmuş NATO pilotudur. Ona görə də, biz ciddi söhbətə yönələcəyik, əgər buna qərbli həmkarlarımız hazırdırlarsa".
"Prezidentimiz, xarici işlər naziri və müdafiə nazirimizin dediyi kimi cavab (Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə ABŞ və NATO-nun reaksiyasına cavab-red.) hazırlığın final mərhələsindədir, o veriləcək və nəşr olunacaq”, - APA Zaxarovanın sözlərini belə tərcümə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: