SƏHİYYƏ

Vaksindən sonra ilk iki saatda bunları mütləq edin - MƏSLƏHƏT

Araşdırmanın nəticəsi olaraq həmin şəxslərdən qan analizi alınıb, bəlli olub ki, vaksindən sonra idman edən, daha aktiv həyat tərzi keçirən şəxslərdə antitellər yüksək, immun sistemi daha möhkəm olur.
Sputnik
BAKI, 12 fevral — Sputnik. Koronavirus və qripə qarşı peyvənd olunduqdan sonrakı ilk 90 dəqiqədə idman etmək məsləhətdir. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, həkimlər bunun səbəbini idman etdikdə antitellərin səviyyəsinin daha çox artması ilə izah ediblər.
Həkimlər peyvənd etdikləri bəzi xəstələrə ilk 90 dəqəqidə oturaq həyat keçirtməyi, bəzilərinə isə əksinə, idman edib daha hərəkətli olmağı tapşırıblar.
Bir müddət sonra isə araşdırmanın nəticəsi olaraq həmin şəxslərdən qan analizi alınıb, bəlli olub ki, vaksindən sonra idman edən, daha aktiv həyat tərzi keçirən şəxslərdə antitellər yüksək, immun sistemi daha möhkəm olur.
Qeyd edək ki, bu günədək dünyada 407 milyon 976 min 243 nəfər koronavirusa yoluxub, onlardan 5 milyon 814 min 325-i dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Koronavirus xəstələrinin "Paxlovid" dərmanı ilə müalicəsinə başlanılıb
Rusiyada COVID-19-a qarşı yeni dərman
Üçüncü təzə başlayıb, artıq 4-cü doza tələb edirlər - İşçilərin vaksin tərəddüdü
Hansı şəxslərə dərmanlar pulsuz verilir?
Azərbaycanda satışı qadağan edilən qida əlavələrinin sayı açıqlanıb
"Buster" doza bu şəxslər üçün vacibdir