DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Tesla" 26 mindən çox elektrik avtomobilini geri qaytaracaq

"Tesla" səhvi düzəltmək üçün müvafiq proqram yeniləməsini buraxacaq.
Sputnik
BAKI, 10 fevral — Sputnik. ABŞ-ın elektrik avtomobili istehsalçısı olan "Tesla" 2020-ci ildən 2022-ci ilə qədər istehsal etdiyi 26,7 min avtomobili ön şüşənin qızdırılması ilə bağlı problemlərinə görə geri qaytaracaq. Bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının məlumatında bildirilib.
Nəşrdə qeyd olunub ki, buraxılış illəri 2020-2022 olan "Model S" və "Model Y", buraxılış illəri 2021-2022 olan "Model 3" və buraxılış illəri 2021-2022 olan "Model X" markalı bəzi avtomobillər geri qaytarılmalıdır.
Илон Маск, фото из архива
"Ön şüşəsinin qızdırılması ilə bağlı problemlər müəyyən şəraitdə görmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər ki, bu da qəza vəziyyətinin baş vermə riskini artıra bilər", - deyə məlumatda qeyd edilir.
Nəşrə görə, "Tesla" səhvi düzəltmək üçün müvafiq proqram yeniləməsini buraxacaq.
ABŞ-ın "Tesla Motors" şirkəti 2003-cü ildə elektrik avtomobillərin və onlarla əlaqəli texnologiyaların tərtibatçısı və istehsalçısı kimi yaradılmışdır. İstehsal yeri Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşir.
Şirkət elektrik avtomobillərindən əlavə öz texnologiyası ilə akkumulyatorlar və elektrik mühərriklər də istehsal edir və onları digər avtomobil şirkətlərinə, xüsusən də "Toyota" və "Daimler" şirkətlərinə satır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
İlon Mask və Ceff Bezos milyardlarla dollar itirdilər
"Lamborghini" planeti xilas etmək istəyir
“Tesla” şirkəti 2021-ci ildə rekord sayda elektromobil satıb