https://sputnik.az/20220123/lon-mask-ve-ceff-bezos-milyardlarla-dollar-itirdiler-438429339.html
İlon Mask və Ceff Bezos milyardlarla dollar itirdilər
İlon Mask və Ceff Bezos milyardlarla dollar itirdilər
Sputnik Azərbaycan
Ötən həftə bazarlarda pandemiya başlayandan ən böyük çöküş olub. 23.01.2022, Sputnik Azərbaycan
2022-01-23T22:40+0400
2022-01-23T22:40+0400
2022-01-23T22:40+0400
dünya xəbərləri
milyard dollar
ilon mask
ceff bezos
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425934936_0:0:3077:1731_1920x0_80_0_0_5febb90cf420b149e44003a496c41c19.jpg
BAKI, 23 yanvar - Sputnik. Dünyanın ən varlı adamları - Tesla şirkətinin banisi İlon Mask və Amazon platformasının sahibi Ceff Bezos həftə ərzində rekord məbləğdə pul itiriblər. Bloomberq yazır ki, texnologiya şirkətlərinin səhmləri ucuzlaşdığından Mask ilə Bezos milyardlarla dollardan məhrum olublar. Son yeddi gün ərzində İlon Mask 25.1 milyard dollar itirib, varidatı 9% azalıb. Bezos 20 milyard dollar itirib. Binance-dan Çanpen Şjao 17.7 milyard dollarından olub. Meta (keçmiş Facebook) rəhbəri Mark Zukerberqin itkisi 10.4 milyard dollar olub.Ötən həftə bazarlarda pandemiya başlayandan ən böyük çöküş olub, ABŞ-ın faiz dərəcələrini artırması perspektivi və qeyri-sabit gəlir səbəbindən çöküşün yükü daha çox texnologiya şirkətlərinin üzərinə düşüb. Bu yaxınlarda Mask Tesla səhmdarlarını cin atına mindirib. Səhmdarlar məhkəməyə müraciət edərək bildiriblər ki, Mask 2016-cı ildə direktorlar şurasını əsas səhmdarı olduğu SolarCity şirkətinin borclarını ödəməyə məcbur edib. Yeni şirkətin alınması Tesla-da əlavə maliyyə problemləri yaradıb.2016-cı ildə iki şirkətin birləşməsi Tesla-nın 2.6 milyard dollarlıq səhmləri hesabına ödənilib. İndi iddiaçılar Maskdan həmin aktivləri qaytarmağı tələb edirlər. Aktivlər isə altı il ərzində xeyli bahalaşıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425934936_346:0:3077:2048_1920x0_80_0_0_803f5fb5a446163dcdf000d14eb00380.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ilon mask və ceff bezos həftədə bir neçə milyard dollar itirdilər
ilon mask və ceff bezos həftədə bir neçə milyard dollar itirdilər
İlon Mask və Ceff Bezos milyardlarla dollar itirdilər
Ötən həftə bazarlarda pandemiya başlayandan ən böyük çöküş olub.
BAKI, 23 yanvar - Sputnik. Dünyanın ən varlı adamları - Tesla şirkətinin banisi İlon Mask və Amazon platformasının sahibi Ceff Bezos həftə ərzində rekord məbləğdə pul itiriblər.
Bloomberq yazır ki, texnologiya şirkətlərinin səhmləri ucuzlaşdığından Mask ilə Bezos milyardlarla dollardan məhrum olublar.
Son yeddi gün ərzində İlon Mask 25.1 milyard dollar itirib, varidatı 9% azalıb. Bezos 20 milyard dollar itirib. Binance-dan Çanpen Şjao 17.7 milyard dollarından olub. Meta (keçmiş Facebook) rəhbəri Mark Zukerberqin itkisi 10.4 milyard dollar olub.
Ötən həftə bazarlarda pandemiya başlayandan ən böyük çöküş olub, ABŞ-ın faiz dərəcələrini artırması perspektivi və qeyri-sabit gəlir səbəbindən çöküşün yükü daha çox texnologiya şirkətlərinin üzərinə düşüb.
Bu yaxınlarda Mask Tesla səhmdarlarını cin atına mindirib. Səhmdarlar məhkəməyə müraciət edərək bildiriblər ki, Mask 2016-cı ildə direktorlar şurasını əsas səhmdarı olduğu SolarCity şirkətinin borclarını ödəməyə məcbur edib. Yeni şirkətin alınması Tesla-da əlavə maliyyə problemləri yaradıb.
2016-cı ildə iki şirkətin birləşməsi Tesla-nın 2.6 milyard dollarlıq səhmləri hesabına ödənilib. İndi iddiaçılar Maskdan həmin aktivləri qaytarmağı tələb edirlər. Aktivlər isə altı il ərzində xeyli bahalaşıb.