BAKI, 10 fevral - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalıb.
Həkim Serkan Topaloğlu “Anadolu” agentliyinə Türkiyə liderinin COVID-19 testinin mənfi çıxdığını bildirib.
Türkiyə prezidenti ilə yanaşı onun həyat yoldaşı Əminə Ərdoğan da koronavirusun omikron ştammına yoluxub.
Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Ərdoğan ailəsinə teleqram vasitəsilə şəfa diləyiblər.
Türkiyə prezidenti mediaya verdiyi açıqlamada "xoşbəxtlikdən" koronavirusu yüngül keçirdiyini bildirib.
05.02.22, 17:26
Ərdoğan Omikrona yoluxdu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 5-də koronavirusun Omikron ştammına yoluxduğunu açıqlayıb.
“Bu gün həyat yoldaşımla yüngül simptomlardan sonra etdiyimiz COVID-19 testimizin cavabı müsbət çıxdı. Xoşbəxtlikdən, öyrəndik ki, "omikron" yüngül keçir. Biz missiyamızı davam etdirəcəyik. İşimizə evdən davam edəcəyik. Dualarınızı səbirsizliklə gözləyirik”, - deyə Ərdoğan Tvitter hesabında yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: