https://sputnik.az/20220204/maska-omikrondan-qoruyur---deqiqlikle-hesablandi-438827546.html
Maska "omikron"dan qoruyur? - dəqiqliklə hesablandı
Maska "omikron"dan qoruyur? - dəqiqliklə hesablandı
Sputnik Azərbaycan
"Omicron" Azərbaycana bu il yanvarın 10-da "təşrif buyurub" - xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2-nin bu variantı aşkarlanıb. 04.02.2022, Sputnik Azərbaycan
2022-02-04T12:49+0400
2022-02-04T12:49+0400
2022-02-04T12:49+0400
maska
səhiyyə
omikron
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425722308_0:10:3055:1728_1920x0_80_0_0_e580670082abe42ac33e328e6b1b1135.jpg
BAKI, 4 fevral — Sputnik. Yaponiya Dövlət Təbii Elmlər İnstitutunun (RIKEN) alimləri dünyanın ən sürətli "Fuqaku" superkompüteri vasitəsilə insanların koronavirusun "omikron" ştamına yoluxması üçün lazım olan şəraiti 100 faiz dəqiqliklə hesablayıblar.Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, əldə edilən nəticəyə görə, ştammın daşıyıcısı olan şəxsin maska taxmaması və sağlam insanla 50 santimetrdən yaxın məsafədə ünsiyyətdə olması "omikron"un tam yoluxması üçün kifayətdir.Qeyd edilir ki, ştammın daşıyıcısı olan şəxs maska taxdıqda onun müsahibini yoluxdurması ehtimalı söhbət bir saata yaxın davam etsə belə 10 faizə qədər düşür.Alimlər, həmçinin bildiriblər ki, virusa yoluxmuş şəxs maska taxmamışsa, bir metr məsafədə olsa belə, 15 dəqiqədən sonra xəstəliyi həmsöhbətinə ötürmüş olur. Yox, əgər həmin şəxs maska taxmışsa, bu zaman yoluxma ehtimalı sıfıra bərabərdir.Koronavirusun "omicron" adı verilən yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb."Omicron" Azərbaycana bu il yanvarın 10-da "təşrif buyurub" - xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2-nin bu variantı aşkarlanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425722308_0:0:2715:2036_1920x0_80_0_0_eef966f2c3b9f31d8ce76e91dda00095.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
bu xəbərə diqqət: üzündə maska olan omikrondan qorxmaya bilər
bu xəbərə diqqət: üzündə maska olan omikrondan qorxmaya bilər
Maska "omikron"dan qoruyur? - dəqiqliklə hesablandı
"Omicron" Azərbaycana bu il yanvarın 10-da "təşrif buyurub" - xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2-nin bu variantı aşkarlanıb.
BAKI, 4 fevral — Sputnik. Yaponiya Dövlət Təbii Elmlər İnstitutunun (RIKEN) alimləri dünyanın ən sürətli "Fuqaku" superkompüteri vasitəsilə insanların koronavirusun "omikron" ştamına yoluxması üçün lazım olan şəraiti 100 faiz dəqiqliklə hesablayıblar.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, əldə edilən nəticəyə görə, ştammın daşıyıcısı olan şəxsin maska taxmaması və sağlam insanla 50 santimetrdən yaxın məsafədə ünsiyyətdə olması "omikron"un tam yoluxması üçün kifayətdir.
Qeyd edilir ki, ştammın daşıyıcısı olan şəxs maska taxdıqda onun müsahibini yoluxdurması ehtimalı söhbət bir saata yaxın davam etsə belə 10 faizə qədər düşür.
Alimlər, həmçinin bildiriblər ki, virusa yoluxmuş şəxs maska taxmamışsa, bir metr məsafədə olsa belə, 15 dəqiqədən sonra xəstəliyi həmsöhbətinə ötürmüş olur. Yox, əgər həmin şəxs maska taxmışsa, bu zaman yoluxma ehtimalı sıfıra bərabərdir.
Koronavirusun "omicron" adı verilən yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
"Omicron" Azərbaycana bu il yanvarın 10-da "təşrif buyurub" - xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2-nin bu variantı aşkarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.