https://sputnik.az/20220204/mektebler-baglanacaq---nazirlikden-aciqlama-438839491.html
Məktəblər bağlanacaq? - Nazirlikdən açıqlama
Məktəblər bağlanacaq? - Nazirlikdən açıqlama
Sputnik Azərbaycan
Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev məsələyə aydınlıq gətirib. 04.02.2022, Sputnik Azərbaycan
2022-02-04T15:46+0400
2022-02-04T15:46+0400
2022-02-04T15:46+0400
təhsil
məktəb
bağlanma
yoluxma
omikron
omikron ştammı
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1b/438581533_0:160:3072:1888_1920x0_80_0_0_3d6ded985a63df8b08f473c007958e98.jpg
BAKI, 4 fevral — Sputnik. Təhsil Nazirliyi koronavirusun yeni ştammı "Omikron"un sürətlə yayılması səbəbindən məktəblərin bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, hazırda ölkədə 9 məktəb distant tədrisə keçib.Onun sözlərinə görə, bu, fevralın 2-nə olan məlumatdır.Şöbə müdiri bildirib ki, 299 sinif də tədrisi onlayn formada davam etdirir: "Həmin məktəb və siniflər bir həftə ərzində distant tədrisdə olacaq. Hazırda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Ümumilikdə məktəblərin bağlanmasına səbəb olacaq problem yoxdur".Koronavirusun "omicron" adı verilən yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb."Omicron" Azərbaycana bu il yanvarın 10-da "təşrif buyurub" - xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2-nin bu variantı aşkarlanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1b/438581533_171:0:2902:2048_1920x0_80_0_0_c6cd51cce1cb78da59192c8b607a6370.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
məktəblər bağlanacaq? - nazirlikdən açıqlama
məktəblər bağlanacaq? - nazirlikdən açıqlama
Məktəblər bağlanacaq? - Nazirlikdən açıqlama
Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev məsələyə aydınlıq gətirib.
BAKI, 4 fevral — Sputnik. Təhsil Nazirliyi koronavirusun yeni ştammı "Omikron"un sürətlə yayılması səbəbindən məktəblərin bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.
Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, hazırda ölkədə 9 məktəb distant tədrisə keçib.
Onun sözlərinə görə, bu, fevralın 2-nə olan məlumatdır.
Şöbə müdiri bildirib ki, 299 sinif də tədrisi onlayn formada davam etdirir: "Həmin məktəb və siniflər bir həftə ərzində distant tədrisdə olacaq. Hazırda statistika göstərir ki, yoluxma sayı əvvəlki aylarla müqayisədə nisbətən çoxdur. Lakin sağalanların çox olduğunu nəzərə alsaq, hazırda məktəblərdə yoluxma vəziyyəti nəzarət altındadır. Ümumilikdə məktəblərin bağlanmasına səbəb olacaq problem yoxdur".
Koronavirusun "omicron" adı verilən yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştammın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
"Omicron" Azərbaycana bu il yanvarın 10-da "təşrif buyurub" - xaricdən gəlmiş şəxslərin 12-də SARS-CoV-2-nin bu variantı aşkarlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.