BAKI, 5 fevral — Sputnik. Azərbaycanda koronavirusun "Omicron" ştammına yoluxma sayının sürətlə artması uşaqlar arasında da virusa yoluxma ilə bağlı risk yaradıb. Hazırda uşaqlar arasında qripəbənzər simtomlara rast gəlinir. Bu isə "Omicron" ştammın uşaqlar arasında yayılmasına şübhələr yaradır.
Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qış ayları bütün respirator virus infeksiyaların tüğyan etdyi mövsümdür:
"Bu digər respirator viruslar da ola bilər. Uşaqlarda adenoviruslar həmişə olub. COVID gəlib deyə biz bunu unutmuşuq. Uşaqlar arasında yayılan infeksiyanın "influenza"nın A ştamı olma ehtimalı da var. Bütün respirator viruslar bir-birinə bənzəyir".
Baş infeksionist bildirib ki, respirator xəstəliklərdə ilk günlərdə ağır tərkibli dərmanlarda istifadə edilməməlidir. Digər dərman preparatlarıın istifadəsi ancaq həkim tövsiyyəsi əsasında olmalıdır.
F.Sədirov bildiirib ki, virus infeksiyalarında spesfik müalicə olmur. Ona görə də qızdırmasalıcılardan istifadə etmək olar. Özbaşına dərman qəbulu yolverilməzdir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi son günlər uşaqlar arasında geniş yayılmış xəstəlik "influenza" virusu olduğunu rəsmi təsdiq edib. Bildirlib ki, həmin virusu yeni növ koronavirus (COVID-19) infeksiyasından fərqləndirmək çətindir. Lakin nəzərə almaq lazımdır ki, qrip əlamətlərinə "influenza"da daha çox, koronavirusda isə daha az rast gəlinir. Həmin virusdan qorunmaq üçün profilaktik tədbirlərin önəmli olduğu qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: