BAKI, 28 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronla telefon danışığında bildirb ki, ABŞ və NATO-nun cavablarında Rusiyanın prinsipial narahatlıqları nəzərə alınmayıb. Bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
"Eyni zamanda, ABŞ və NATO-nun cavablarında NATO-nun genişlənməsinin qarşısını almaq, Rusiya sərhədləri yaxınlığında zərbə endirən silah sistemlərini yerləşdirməkdən imtina etmək, həmçinin Avropada blokun hərbi potensialının və infrastrukturunun 1997-ci il mövqeyinə qaytarılması (Rusiya-NATO təsis aktı imzalandığı zaman) kimi prinsipial narahatlıqlar nəzərə alınmayıb.
Onun sözlərinə görə, əsas sual diqqətdən kənarda qalır - ABŞ və onun müttəfiqləri ATƏT və Rusiya-NATO-nun əsas sənədlərində qeydə alınmış təhlükəsizliyin bölünməzliyi prinsipinə necə əməl etmək niyyətindədirlər, hansı ki, heç kim digər ölkələrin təhlükəsizliyi hesabına öz təhlükəsizliyini möhkəmləndirməməlidir.
Ukrayna məsələsi
Vladimir Putin Ukraynadakı vəziyyəti müzakirə edərkən Kiyevin Minsk "Tədbirlər kompleksi" və digər sazişlərin müddəalarına, ilk növbədə, Donetsk və Luqansk ilə birbaşa dialoqun qurulması və Donbasın xüsusi statusunun qanuniləşdirilməsinə ciddi əməl etməsinin vacibliyini vurğulayıb.
Yanvarın 26-da Parisdə keçirilən "Normand dördlüyü"nün ölkə liderlərin siyasi müşavirlərinin görüşünün yekunlarını nəzərə alaraq Rusiya və Fransanın bu formatda gələcək işinə dair əhval-ruhiyyəsi təsdiqlənib.
Paris yanaşmaları
Rusiya və Fransanın bu formatda gələcək fəaliyyətinə dair əhval-ruhiyyəsi təsdiqlənib.
Fransanın bu ilin birinci yarısında Aİ Şurasına sədrliyi ilə əlaqədar olaraq Emmanuel Makron Vladimir Putinə Parisin ümumavropa məsələlərinə yanaşmaları barədə məlumat verib. Avropanın təhlükəsizlik məsələlərinin bütün kompleksi üzrə Rusiya-Fransa dialoqunun davam etdirilməsi şərtlidir.
İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında vəziyyətə baxılıb. Birgə Hərtərəfli Fəaliyyət Planının qorunması və həyata keçirilməsi istiqamətində beynəlxalq səylərin davam etdirilməsinin fəal tərəfdarı olan Rusiya ilə Fransa mövqelərinin yaxınlığı, həmçinin onu təsdiq edən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi qeyd olunub.
İkitərəfli əməkdaşlığın bəzi praktiki aspektləri, o cümlədən atom enerjisi sahəsində müzakirələr aparılıb.
Liderlər hər iki ölkədə koronavirus infeksiyası ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Rusiya və Fransa prezidentləri sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: