TƏHSİL

Magistraturaya sənəd qəbulu başlayır

Bakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının müvafiq səhifəsinə daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurub təsdiq etməlidirlər.
Sputnik
BAKI, 27 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün magistraturaya qəbul elan edib.
DİM-dən Sputnik Azərbaycan-a bildirilib ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, "Bakalavrın elektron ərizəsi" formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri "Magistr" jurnalının 2-ci sayında dərc edilib.
Bakalavrlar fevralın 1-dən 10-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurub təsdiq etməlidirlər. Qeydiyyat səhifəsi göstərilən tarixlərdə aktiv ediləcək.
Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Magistraturaya qəbul imtahanlarında yenilik olacaq
Akademiyaya qiyabi qəbul elan olundu
Prezident Sərəncam imzaladı - tələbələrə verilən təqaüdlər artırıldı