BAKI, 25 yanvar - Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq dünyanın diqqət mərkəzində olan bəzi məsələlərə aydınlıq gətirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, onun rəhbərlik etdiyi alyans Ukraynaya qoşun yeritməyəcək.
“NATO Ukraynada qoşun yerləşdirməyəcək”, - deyə baş katib CNN telekanalına müsahibəsində deyib.
Daha sonra qurum rəhbəri NATO-nun Rusiya ilə silahlara nəzarət, hərbi əməliyyatların şəffaflığı və digər təhlükəsizlik məsələlərini müzakirə etməyə hazır olduğunu da dilə gətirib.
Stoltenberq həmçinin bildirib ki, NATO ABŞ-la əlaqələndirilmiş şəkildə bu həftə Rusiyanın təhlükəsizliklə bağlı təkliflərinə yazili cavab göndərəcək:
"Biz NATO-da təkliflər üzərində işi yekunlaşdırırıq. Bu həftənin sonunda yazılı sənədi göndərəcəyik. Biz bunu ABŞ-la paralel olaraq edəcəyik", - deyə Stoltenberq bildirib.
Lakin Stoltenberq onu da bildirib ki, NATO Rusiya Federasiyasi ilə Alyansanin fundamental prinsipləri ilə bağlı güzəştə getməyə hazir deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: