BAKI, 19 yanvar — Sputnik. Masallı rayonunun Xəlfələr kəndində yerləşən yaşayış evlərindən birindən 390 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Masallı Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Bədrəddin Yasərlinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Cavat Qasımov saxlanılıb.
Saxlanılan Cavat Qasımov
© Sputnik / Rahim Muradov
Saxlanılan Cavat Qasımovdan oğurlanmış əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
C.Qasımovun ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onun digər oğurluq əməlinin də üstü açılıb.
Saxlanılan Cavat Qasımov
© Sputnik / Rahim Muradov
Belə ki, həmin şəxsin ötən il Xəlfələr kəndindəki digər bir yaşayış evindən 4500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
Hazırda faktlarla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: