https://sputnik.az/20220111/novxanida-bag-evine-giren-ogru-is-basinda-yaxalandi-vdeo-438067779.html
Novxanıda bağ evinə girən oğru iş başında yaxalandı-VİDEO
Novxanıda bağ evinə girən oğru iş başında yaxalandı-VİDEO
Sputnik Azərbaycan
Polisləri görən həmin şəxs evin hasarından tullanaraq qaçmaq istəyən zaman mühafizə polislərinin çevikliyi sayəsində saxlanılıb. 11.01.2022, Sputnik Azərbaycan
2022-01-11T19:37+0400
2022-01-11T19:37+0400
2022-01-11T19:37+0400
qandal
cəmiyyət
novxanı
novxanı qəsəbəsi
cinayət məcəlləsi
din
abşeron rayon məhkəməsi
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_0:0:3105:1748_1920x0_80_0_0_1e1ac7b6ca4c5f81fa09587eec6dedfe.jpg
BAKI, 11 yanvar — Sputnik. Novxanı qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan bağ evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib."Əraziyə gələn polislər bağ evinə baxış keçirən zaman bir nəfərin evin naqillərini oğurladığının şahidi olublar. Polisləri görən həmin şəxs evin hasarından tullanaraq qaçmaq istəyən zaman mühafizə polislərinin çevikliyi sayəsində saxlanılıb. Ərazi üzrə polis bölməsinə təhvil verilən saxlanılan şəxsin paytaxt sakini Ramin Rzayev olduğu müəyyən edilib. Araşdırma zamanı onun əvvəllər də dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunduğu müəyyən edilib. O, ifadəsində oğurluq etdiyi üçün mühafizə polisləri tərəfindən saxlanıldığını bildirib", - bildirilib.Qeyd olunub ki, bağ evinin sahibi bir müddət əvvəl mənzilindən bəzi əşyaların oğurlandığını müşahidə edib. Bundan sonra o, mühafizə polisinin xüsusi texniki vasitələrinin köməkliyi evin 24 saat qorunması üçün Abşeron Rayon Mühafizə İdarəsi ilə müqavilə bağlayıb: "Yalnız bundan sonra evdən silsilə oğurluqlar edən şəxsin saxlanılması mümkün olub. Faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər".DİN-in Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinə etibar edən fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarının mühafizəsi etibarlı şəkildə yüksək peşəkarlıqla həyata keçirilir.
novxanı qəsəbəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_30:0:2761:2048_1920x0_80_0_0_073578caa402557e89969a15a80e5694.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
novxanıda varlıların qarətinə siqnalizasiya imkan vermədi
novxanıda varlıların qarətinə siqnalizasiya imkan vermədi
Novxanıda bağ evinə girən oğru iş başında yaxalandı-VİDEO
Polisləri görən həmin şəxs evin hasarından tullanaraq qaçmaq istəyən zaman mühafizə polislərinin çevikliyi sayəsində saxlanılıb.
BAKI, 11 yanvar — Sputnik. Novxanı qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan bağ evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatına görə, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.
"Əraziyə gələn polislər bağ evinə baxış keçirən zaman bir nəfərin evin naqillərini oğurladığının şahidi olublar. Polisləri görən həmin şəxs evin hasarından tullanaraq qaçmaq istəyən zaman mühafizə polislərinin çevikliyi sayəsində saxlanılıb. Ərazi üzrə polis bölməsinə təhvil verilən saxlanılan şəxsin paytaxt sakini Ramin Rzayev olduğu müəyyən edilib. Araşdırma zamanı onun əvvəllər də dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunduğu müəyyən edilib. O, ifadəsində oğurluq etdiyi üçün mühafizə polisləri tərəfindən saxlanıldığını bildirib", - bildirilib.
Qeyd olunub ki, bağ evinin sahibi bir müddət əvvəl mənzilindən bəzi əşyaların oğurlandığını müşahidə edib. Bundan sonra o, mühafizə polisinin xüsusi texniki vasitələrinin köməkliyi evin 24 saat qorunması üçün Abşeron Rayon Mühafizə İdarəsi ilə müqavilə bağlayıb:
"Yalnız bundan sonra evdən silsilə oğurluqlar edən şəxsin saxlanılması mümkün olub. Faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər".
DİN-in Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinə etibar edən fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarının mühafizəsi etibarlı şəkildə yüksək peşəkarlıqla həyata keçirilir.