BAKI, 16 yanvar — Sputnik. Ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 952 milyon manat vəsait xərclənib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, 2020-ci illə müqayisədə 24,8 faiz çoxdur.
2021-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Əhalinin dərman xərcləri artıb
Qeyd edək ki, ötən ilin 11 ayında da əhalinin dərman xərcləri kəskin artmışdı. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 851,2 milyon manat vəsait xərclənib.
Bu da 2020-ci ilin müvafiq dövrünə nisbətən 31,2 faiz çoxdur.
Xatırladaq ki, 2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Həmçinin oxuyun: