“Tutaq ki, 2-ci Qarabağ müharibəsində iştirak etmiş və qanunvericiliyə əsasən müharibə veteranı statusu almış şəxs 2022-ci fevralın 1-dən 1000 manat aylıq tarif maaşı ilə dövlət müəssisəsində əmək fəaliyyətinə başlayır. Lakin həmin işçi müharibə veteranı vəsiqəsini müəssisəyə 2022-ci ilin mayın 1-də təqdim edir. O zaman fevral, mart, aprel ayları üçün işçiyə əməkhaqqı hesablanarkən işçidən ödəmə mənbəyində 30 manat məcburi dövlət sosial sığorta haqqı, 112 manat gəlir vergisi tutulmaqla işçiyə hər ay 858 manat ödəniş ediləcək. Əgər işçi güzəşt hüququnu təsdiq edən sənədi işə başladığı ayda təqdim etsəydi, Vergi Məcəlləsinə əsasən gəlirinin 400 manat hissəsinə də güzəşt həmin aylarda tətbiq edilər və işçinin gəlirindən tutulan vergi 56 manat az olardı. Lakin işçi bu sənədi müəssisəyə may ayında təqdim edib. Bu zaman əvvəlki 3 ay üçün işçidən tutulmuş 168 manat (56 x 3 = 168) manat may ayının əməkhaqqı hesablanarkən və işçiyə ödənilərkən nəzərə alınacaq”.