https://sputnik.az/20220108/muharibe-veterani-teqaudu-ve-vesiqesi-nece-verilecek---foto-437978046.html
"Müharibə veteranı" təqaüdü və vəsiqəsi necə veriləcək - FOTO
"Müharibə veteranı" təqaüdü və vəsiqəsi necə veriləcək - FOTO
Sputnik Azərbaycan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Müharibə veteranı" təqaüdünün necə veriləcəyi barədə açıqlama verib. 08.01.2022, Sputnik Azərbaycan
2022-01-08T12:21+0400
2022-01-08T12:21+0400
2022-01-08T12:23+0400
azərbaycan xəbərləri
təqaüd
veteran
vətən müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/08/01/427598066_0:0:1000:563_1920x0_80_0_0_00a757432cfc5b34451dd18b0c10f4e5.jpg
BAKI, 8 yanvar — Sputnik. Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adının, vəsiqəsinin verilməsi, Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır. Qanunvericiliyə uyğun olaraq, onlara "Müharibə veteranı" adı, vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isitnadən xəbər verir ki, həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, "Müharibə veteranı" adı, həmçinin vəsiqəsi verəcək.Həmin qurumlar "Müharibə veteranı" adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları ƏƏSMN-in "Zəfər" altsisteminə daxil edəcək.Yekun mərhələ kimi, həmin məlumatlar əsasında ƏƏSMN "Müharibə veteranı" adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan, heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/01/427598066_0:0:840:630_1920x0_80_0_0_6206076c9bdc7295aaa18b08623e498c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müharibə veteranı təqaüdü vəsiqə necə veriləcək foto
müharibə veteranı təqaüdü vəsiqə necə veriləcək foto
"Müharibə veteranı" təqaüdü və vəsiqəsi necə veriləcək - FOTO
12:21 08.01.2022 (Yenilənib: 12:23 08.01.2022) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Müharibə veteranı" təqaüdünün necə veriləcəyi barədə açıqlama verib.
BAKI, 8 yanvar — Sputnik. Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adının, vəsiqəsinin verilməsi, Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır.
Qanunvericiliyə uyğun olaraq, onlara "Müharibə veteranı" adı, vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.
Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isitnadən xəbər verir ki, həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, "Müharibə veteranı" adı, həmçinin vəsiqəsi verəcək.
Həmin qurumlar "Müharibə veteranı" adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları ƏƏSMN-in "Zəfər" altsisteminə daxil edəcək.
Yekun mərhələ kimi, həmin məlumatlar əsasında ƏƏSMN "Müharibə veteranı" adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.
Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan, heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.
Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.