https://sputnik.az/20211229/muharibe-istirakcilari-veteran-vesiqesi-ve-80-manat-teqaud-alacaqlar-437732422.html
Müharibə iştirakçıları veteran vəsiqəsi və təqaüd alacaqlar
Müharibə iştirakçıları veteran vəsiqəsi və təqaüd alacaqlar
Sputnik Azərbaycan
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və Prezidentin aylıq təqaüdü veriləcək. 29.12.2021, Sputnik Azərbaycan
2021-12-29T20:00+0400
2021-12-29T20:00+0400
2021-12-30T09:38+0400
qarabağ
siyasət
prezident ilham əliyev
müharibə
əmək və əhalinin sosial müdafiə nazirliyi
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268490_0:0:2000:1125_1920x0_80_0_0_1a7977f3c825fd31abc9478be6183e6e.jpg
BAKI, 29 dekabr — Sputnik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsinin iştirakçılarına yüksək qayğı olaraq dövlət başçısının yeni Sərəncamı ilə onlara yeni ildən "Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının Müharibə Veteranı" vəsiqəsi veriləcək.Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Aidiyyəti qurumlar tərəfindən bu status verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara proaktiv qaydada Prezidentin aylıq təqaüdü təyin ediləcək.Ölkəmizdə başlanan yeni sosial islahatlar paketi çərçivəsində reallaşan bu tədbir Vətən müharibəsinin iştirakçılarına dəstək məqsədi daşıyır."Müharibə veteranı" adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veriləcək. Həmin şəxslərin siyahısı xidmət keçdikləri aidiyyatı qurumlar tərəfindən müəyyən ediləcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılacaq.Sərəncama əsasən, aidiyyatı qurumlar razılaşdırılmış siyahı nəzərə alınmaqla "Müharibə veteranı" adı və vəsiqəsini verəcək, həmin şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edəcək.Nazirlik "Müharibə veteranı" adı və vəsiqəsi verilmiş və "Zəfər" altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünü (80 manat) təyin edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268490_227:0:2000:1330_1920x0_80_0_0_e2fcb29a87b58999f95f68a11e264e0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müharibə veteranlarına ad, vəsiqə və təqaüd veriləcək
müharibə veteranlarına ad, vəsiqə və təqaüd veriləcək
Müharibə iştirakçıları veteran vəsiqəsi və təqaüd alacaqlar
20:00 29.12.2021 (Yenilənib: 09:38 30.12.2021) Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi və Prezidentin aylıq təqaüdü veriləcək.
BAKI, 29 dekabr — Sputnik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsinin iştirakçılarına yüksək qayğı olaraq dövlət başçısının yeni Sərəncamı ilə onlara yeni ildən "Müharibə veteranı" adı və "Azərbaycan Respublikasının Müharibə Veteranı" vəsiqəsi veriləcək.
Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Aidiyyəti qurumlar tərəfindən bu status verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara proaktiv qaydada Prezidentin aylıq təqaüdü təyin ediləcək.
Ölkəmizdə başlanan yeni sosial islahatlar paketi çərçivəsində reallaşan bu tədbir Vətən müharibəsinin iştirakçılarına dəstək məqsədi daşıyır.
"Müharibə veteranı" adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə veriləcək. Həmin şəxslərin siyahısı xidmət keçdikləri aidiyyatı qurumlar tərəfindən müəyyən ediləcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılacaq.
Sərəncama əsasən, aidiyyatı qurumlar razılaşdırılmış siyahı nəzərə alınmaqla "Müharibə veteranı" adı və vəsiqəsini verəcək, həmin şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edəcək.
Nazirlik "Müharibə veteranı" adı və vəsiqəsi verilmiş və "Zəfər" altsisteminə daxil edilmiş şəxslərə 2022-ci il 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünü (80 manat) təyin edəcək.