BAKI, 13 yanvar - Sputnik. Rusiya ABŞ və NATO ilə təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlarda heç bir güzəştə getməyəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin çıxış edib:
“Aydın vədəqiq şəkildə bildirilib ki, biz heç bir güzəştə getməyəcəyik. Bu, bizim prinsipial mövqeyimizdir”, - deyə Kelin “Rossiya 24” telekanalının efirində bildirib.
"Bunun əvəzinə bizə Avropa təhlükəsizliyinin bütün aspektləri üzrə söhbət təklif olunur. Onların hamısı şübhəsiz vacibdir - silahlara nəzarət, Avropada orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsinə moratorium, şəffaflıq və etimadın möhkəmləndirilməsi tədbirləri. Biz bütün bu dəsti bilirik. Ancaq bütün bu kompleksi müzakirə etməyə başlasaq, bizim NATO-nun genişlənməməsi ilə bağlı əsas tələbimiz arada itib batacaq. Ona görə də biz dəqiq hüquqi zəmanətlər almalıyıq”, - deyə Kelin əlavə edib.
Həmçinin oxuyun: