DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tokayev KTMT sülhməramlıların işinə qiymət verdi

Tokayev Qazaxıstanda vəziyyətin sabitləşdirilməsində sülhməramlıların missiyasını dəyərləndirib.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları sabahdan başlayaraq Qazaxıstandan çıxarılacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Tokayev Qazaxıstanda vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib: "Mənim müvafiq ölkələrin rəhbərləri ilə danışıqlarım oldu. Fürsətdən istifadə edərək, bu bir neçə gün ərzində görülən işlərə görə kontingentin komandanlığına minnətdarlığımı bildirmək istəyirəm".
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Eləcə də oxuyun:
* ABŞ-ın Qazaxıstandan tələbi - jandarm iş başındadır
* Tokayev KTMT missiyasının Qazaxıstandan çıxacağı vaxtı açıqladı
* KTMT iclasında gözlənilməz təklif - Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaradaq