BAKI, 10 yanvar — Sputnik. Qazaxıstan müstəqillik dövründə ən böyük, ağır böhranını yaşadı. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının növbədənkənar sessiyası zamanı bildirib.
Tokayev qeyd edib ki, terrorçuların əsas məqsədi konstitusiya quruluşunu pozmaq, hökuməti ələ keçirmək və dövlət çevrilişi cəhdi idi: "Terrorçuların əsas zərbəsi Almatıya yönəlmişdi. Bu şəhərin çökməsi, Qazaxıstanın cənubunun, daha sonra isə bütün Qazaxıstanın ələ keçirilməsi üçün yolu açacaqdı".
Tokayevin sözlərinə görə, KTMT qüvvələrinin gəlişi Almatını terrorçulardan almağa imkan verdi: "KTMT KTMT öz aktuallığını və effektivliyini göstərib".
Qazaxıstan lideri həmçinin KTMT-nin böhranlı vəziyyətlərə reaksiyasının vaxtının optimallaşdırılmasını təklif edib
Qazaxıstan Prezidenti qeyd edib ki, qarşıdurmalar zamanı 16 hüquq mühafizə orqanı əməkdaşı həlak olub, dinc əhali arasında həlak olanların sayı dəqiqləşdirilir.
O, həmçinin bildirib ki, Qazaxıstan hökuməti etirazçıların bütün qanuni tələbləri yerinə yetirilib. Tokayevin sözlərinə görə, Qazaxıstanda heç vaxt dinc nümayişçilərə qarşı Silahlı Qüvvələrdə istifadə olunmayıb və olunmayacaq da.
O, bildirib ki, Qazaxıstan daha sonra Respublikaya qarşı terror aqresiyasına hazırlıqla bağlı dünyaya sübutlar təqdim edəcək.
Tokayevin sözlərinə görə, yaxın vaxtlarda Qazaxıstanda genişmiqyaslı antiterror əməliyyatı bitəcək: "Onunla bərabər KTMT-nin uğurlu sülhməramlımiyası da başa çatacaq. Bütün KTMT ərazisində Qazaxıstandakı hadisələrin təkrarlanmasına imkan vermək lazım deyil.".
Həmçinin oxuyun: