BAKI, 10 yanvar — Sputnik. KTMT-nın sülhməramlı kontingenti Qazaxıstan ərazisindən çıxarılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının növbədənkənar sessiyası zamanı bildirib.
Putin bəyan edib ki, iğtişaşlar zamanı Qazaxıstanın təcavüzə məruz qalması ilə bağlı digər KTMT liderlərinin dedikləri ilə razıdır. Rusiya Federasiyasının prezidenti qeyd edib ki, Qazaxıstan beynəlxalq terrorizmlə üzləşib:
"Qazaxıstanda hadisələr xaricdən müdaxilə cəhdinə dair ilk və sonuncu cəhd deyil".
Putinin sözlərinə görə, Rusiya anlayır ki, Qazaxıstan üçün təhlükə kortəbii etirazlardan deyil, silaha sarılanlardan qaynaqlanır: "Qazaxıstanda qarşıdurmaların dəstəklənməsi üçün "maydan" üzrə informasiya dəstəyi texnologiyalarından istifadə edilib".
Rusiya lideri qeyd edib ki, KTMT öz potensialını, operativ şəkildə reaksiya vermək qabiliyyətini göstərdi: "Sülhməramlı kontingent Qazaxıstanda məhdud müddət qalacaq, öz funksiyalarını yerinə yetirdikdən sonra respublikadan çıxarılacaq".
O, eyni zamanda Qazaxıstanda KTMT-nin sülhməramlı əməliyyatını son dərəcə vaxtında və qanuni adlandırıb: "Qazaxıstanın timsalında KTMT öz potensialını, tez, qəti və effektiv hərəkət etmək qabiliyyətini praktikada göstərdi. KTMT üzvləri ölkələri daxilində vəziyyətin gərginləşməsinə və "rəngli inqilablar" ssenarilərinin reallaşmasına imkan verməyəcəklərini göstərdilər.
Rusiya prezidentinin sözlərinə görə, KTMT ölkələri Qazaxıstandakı faciələr kimi gözlənilməz hadisələrlə üzləşməmək üçün istənilən təxribatların qarşısını almağa hazır olmalıdırlar.
Putin vurğulayıb ki, Rusiya Federasiyası bundan sonra da bütün KTMT ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə diqqət ayırmaq niyyətindədir.
Putin qeyd edib ki, Qazaxıstanda vəziyyət tədricən normallaşır, bir sıra mühüm obyektlər yaraqlılardan tamamilə təmizlənib.
Həmçinin oxuyun: