BAKI, 9 yanvar - Sputnik. Qazaxistan kritik vaxtda KTMT-dən yardim istəyib, təşkilat üzrə tərəfdaşları da əlaqəli şəkildə fəaliyyət göstəriblər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Kritik anda, xüsusən də indi olduğu kimi... Qazaxıstan prezidenti qanuni prosedurlardan istifadə edib”, - deyə Zaxarova “Vladimir Solovyovla axşam vaxtı” verilişində bildirib.
Onun sözlərinə görə, KTMT tərəfdaşları "o qədər aydın və ahəngdar hərəkət ediblər ki, bir çox Qərb tərəfdaşlarının sualı var: necə tez?"
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb. KTMT Şurasının yanvarın 10-na təyin edilmiş fövqəladə sessiyasının yekunlarına əsasən hər hansı sənədin qəbulu hazırda planlaşdırılmır.
Gündəlikdə bir məsələ var - “Qazaxıstan Respublikasında vəziyyət və onun normallaşdırılması tədbirləri haqqında”. İclas videokonfrans vasitəsilə Ermənistanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, yanvarın 5-dən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
Həmçinin oxuyun: