DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Nazarbayev TŞ sədrinin səlahiyyətlərindən özü əl çəkib

Mətbuat katibinin sözlərinə görə, Nazarbayev hazırda Nur-Sultandadır və Tokayevə dəstək verir.
Sputnik
BAKI, 9 yanvar - Sputnik. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay deyib.
"KİV-də və sosial şəbəkələrdə birinci prezidentlə bağlı çoxlu sayda yalan şayiələr, təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi sabitliyi pozmaq və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk”, - deyə Ukibay açıqlamasında bildirib.
Mətbuat katibinin sözlərinə görə, Nazarbayev hazırda Nur-Sultandadır və Tokayevə dəstək verir.
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Həmçinin oxuyun:
KTMT iclas keçirəcək: Tokayev xahiş edib
Qazaxıstan bu gün: Nazarbayev səssizliyini pozdu
Dövlətə xəyanət: Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılar
Politoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq