DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dövlətə xəyanət: Qazaxıstanda yüksək vəzifəlilər saxlanıldılar

Cinayət Məcəlləsinin 1-ci hissəsinin 175-ci maddəsi ilə dövlətə xəyanət faktı üzrə məhkəməyə qədər araşdırma başlanıb.
Sputnik
BAKI, 8 yanvar - Sputnik. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) sabiq rəhbəri Kərim Məsimov dövlətə xəyanətdə ittiham edilərək saxlanılıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə komitədən məlumat verilib.
Qeyd olunur ki, yanvarın 6-da MTK "Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 1-ci hissəsinin 175-ci maddəsi ilə dövlətə xəyanət faktı üzrə məhkəməyə qədər araşdırma başlayıb".
"Yanvarın 6-da adıçəkilən cinayətin törədilməsində şübhəli bilinən MTK-nın sabiq sədri K.K.Məsimov və digərləri saxlanılıblar", - məlumatda qeyd olunur.
Bu ərəfədə ölkənin ilk prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Yermuxamet Yertısbayev bildirmişdi ki, ölkədə böhranın səbəblərindən biri də bəzi yüksək vəzifəli məmurların, eləcə də hüquq müdafiəçilərinin xəyanəti olub. O, baş verənləri dövlət çevrilişinə və silahlı qiyama cəhd adlandırıb, əlavə edib ki, hadisələrin miqyası onun göstəricisidir ki, "hakimiyyətin yüksək eşelonundakıların, eləcə də hüquq-mühafizə orqanlarındakıların xəyanəti olmadan bunu etmək olmazdı".
Qeyd edək ki, saxlanılan K.Məsimov Təhlükəsizlik Şurasının yanvarın 5-də keçirilmiş iclasında iştirak edib. Həmin vaxt o hələ MTK-nın sədri idi.
İclasdan sonra Məsimov istefaya göndərilib. MTK-ya yeni rəhbər Yermek Sagimbayev təyin olunub.
Məsimov iki dəfə Qazaxıstanın baş naziri (2007—2012, 2014—2016), eləcə də N.Nazarbayevin köməkçisi (2003-2006) olub. Prezident Administrasiyasına başçılıq edib (2012-2014). General-leytenant rütbəsi var.
Eləcə də oxuyun:
* NATO Qazaxıstanda yaranmış vəziyyətdən narahatdır - Stoltenberq
* Qazaxıstana dəymiş maddi ziyanın məbləği açıqlandı
* Politoloq: Qazaxıstanda sabitlik yaratmaq uzun müddət çətin olacaq