RUSİYA

Koronavirusa yoluxub sağalanlar əsaslı müayinə olunacaqlar

Sərəncamın icrası barədə 2022-ci il martın 1-dək hesabat verilməlidir.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkənin Səhiyyə Nazirliyinə martın 1-dək koronavirusa yoluxub sağalmış şəxslərin əsaslı tibbi müayinədən keçirilməsi üçün məlumat kampaniyası təşkil etmək barədə tapşırıq verib. Bu barədə məlumat Kremlin saytında yerləşdirilib.

"Rusiya Səhiyyə Nazirliyi Rusiya Federasiyasının icra hakimiyyəti orqanları ilə birlikdə yeni koronavirus infeksiyasından (COVID-19) sağalmış vətəndaşları tibbi müayinədən keçməyə cəlb etmək üçün məlumat kampaniyası təşkil etsin", – deyə məlumatda bildirilir.

Sərəncamın icrası barədə 2022-ci il martın 1-dək hesabat verilməlidir.
Qeyd edək ki, ötən sutka ərzində Moskvada koronovirusa 2 357 yeni yoluxma halı qeydə alınıb və 724 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda Moskva xəstəxanalarında süni tənəffüs aparatına qoşulanların sayı 525 nəfərdir.
Həmçinin oxuyun:
Azərbaycanda uşaqlar arasında kütləvi yayılmış virus nədir?
Türkmənistan prezidenti "Sputnik"ə minnətdardır
"Omikron" ştammına qarşı peyvənd hazırlanır
ÜST-dən milad bayramı ilə bağlı təklif
"Omikron"un bu simptomu özünü gecələr göstərir
ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir