DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Demosfen pandemiyanın nə vaxt bitəcəyini deyib?

Alim: Orta həftəlik səviyyənin hesablanması gündəlik yoluxma səviyyəsinin hesablanmasından daha dəqiq bir üsuldur.
Sputnik
BAKI, 1 yanvar - Sputnik. Koronavirusun Omikron ştammı ilə yoluxma dalğası fevralın 20-dək azalacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Yunanıstanın Saloniki şəhərindəki Aristotel Universitetinin professoru Demosfen Sariyannis KİV-ə açıqlamasında deyib.
Yunanıstanın tanınmış aliminin sözlərinə görə, pandemiyanın növbəti “qarşısıalınmaz” dalğasının riyazi inkişaf modeli buna dəlalət edir.
Qeyd edək ki, Yunanıstanda son beş gündə hər gün koronavirusa yoluxma ilə bağlı yeni rekordlar qeydə alınıb - cümə günü 40,5 min.. Ölkədə omikron ştammı ilə yoluxma üstünlük təşkil edib.
Sariyannisin sözlərinə görə, artım tendensiyası yanvarın 20-22-dək davam edəcək, orta həftəlik səviyyə 66 min infeksiyaya çatacaq.
"Təcrübədə bu, gündə 80 min, hətta 100 min koronavirus hadisəsinin olacağı günlərin ola biləcəyini ifadə edir", - deyə Sariyannis bildirib və onu da əlavə edib ki, orta həftəlik səviyyənin hesablanması gündəlik yoluxma səviyyəsinin hesablanmasından daha dəqiq bir üsuldur.
Həmçinin oxuyun:
Yaponiyada ömürlük COVID-19 peyvəndi hazırlanır
Hamilə qadınlara və uşaqlara buster doza vurula bilər?
Nazirlər Kabineti COVID sertifikatları ilə bağlı qərarı dəyişdi
Azərbaycan Omikron ştammı ilə mübarizəyə hazırdırmı?