AZƏRBAYCAN XƏBƏRLƏRİ

“ASAN xidmət” mərkəzlərinin sayı artacaq

Hazırda 21 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
Sputnik
BAKI, 1 yanvar — Sputnik. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk "ASAN xidmət" mərkəzləri inşa olunur.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda 21 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.
"ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir.
Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 672 mindən çox vətəndaşın 49 milyondan çox müraciəti daxil olub.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri yaradılıb. 29 dekabr - "ASAN xidmət" işçilərinin peşə bayramı hesab olunur.
Həmçinin oxuyun:
ASAN Xidmət mərkəzləri nə vaxtdan işləyəcək? Rəsmi
Vətəndaşların şikayətinə daha tez baxılacaq - artıq AMİS var!
Şuşa Qoruğunda ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb
Riskli vergi ödəyiciləri ilə bağlı məlumatları əldə etmək asanlaşdı