BAKI, 27 dekabr — Sputnik. ABŞ-la təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar gələn ilin yanvarında keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov "Соловьев Live"ın efirində deyib.
Rusiya xarici diplomatiya idarəsinin rəhbəri bildirib ki, danışıqlar ABŞ-da Yeni il tətili başa çatdıqdan sonra başlayacaq: "Biz danışıqların əsas raundunu Yeni il tətili başa çatandan sonra keçirəcəyik. Moskvanın niyyətinin məğzi odur ki, uzun sürən danışıqlarla mahiyyət itirilməməlidir. Bu danışıqlar Qərbdə məşhur olan boş sonsuz müzakirələr kimi keçirilməməlidir".
Lavrov NATO-nu Varşava Müqaviləsi Təşkilatı və SSRİ-nin dağılmasından sonra boş qalmış torpaqları mənimsəmək üçün ortaya atılmış geosiyasi layihə adlandırıb: "Prezident Putinin də dediyi ki, onlar bizim evimizin astanasındadırlar və biz buna laqeyd qala bilmərik".
Qeyd edək ki, dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik zəmanətinə dair müqavilə layihələrini yayımlayıb. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə təqdim olunub. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişləndirilməməsinə təminat versin.
Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkovun RİA Novosti-yə verdiyi məlumata görə, NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.
Həmçinin oxuyun:
ABŞ Rusiyaya qarşı “görünməmiş” sanksiyalar tətbiq edə bilər - Kamala Harris hədələdi
Qərb hər şeydə Rusiyanı ittiham edir - Peskov
"Qırmızı xətlər" və Ukrayna: Putinlə Bayden nəyi müzakirə etdilər