DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Rusiyaya qarşı “görünməmiş” sanksiyalar tətbiq edə bilər - Kamala Harris hədələdi

Jurnalistin sanksiyaların konkret olaraq Vladimir Putinə qarşı olub-olmadığını soruşduqda, vitse-prezident birbaşa cavabdan yayınıb və qeyd edib ki, “konkret sanksiyalar” haqqında danışmaq niyyətində deyil.
Sputnik
BAKI, 27 dekabr - Sputnik. ABŞ Ukrayna ilə bağlı vəziyyətə görə Rusiyaya qarşı “görünməmiş” sanksiyalar tətbiq edə bilər.
Bunu ABŞ-ın vitse-prezident Kamala Harris “CBS News” telekanalına müsahibəsində deyib.

“Biz açıq şəkildə bildiririk ki, Rusiya Ukraynanın suverenliyinə müdaxilə etməməlidir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bununla bağlı müttəfiqlərimizlə işləyirik və əvvəllər görünməmiş sanksiyaları tətbiq etməyə hazır olduğumuzu açıq şəkildə bildiririk”, - deyə Harris vurğulayıb.

Jurnalistin sanksiyaların konkret olaraq Vladimir Putinə qarşı olub-olmadığını soruşduqda, vitse-prezident birbaşa cavabdan yayınıb və qeyd edib ki, “konkret sanksiyalar” haqqında danışmaq niyyətində deyil.
Avropa İttifaqı Rusiyaya sanksiya tətbiq etmək istəmir
Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı müzakirələr başlayıb, lakin bu məsələdə ölkələr arasında hələ də konsensus yoxdur.
Bu barədə “The Washington Post” məlumat yayıb. Qəzetin yazdığına görə, Aİ Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq etməklə hədələyib.
Eyni zamanda, Aİ-nin xarici siyasətində qərarların qəbulu bütün üzv dövlətlərin razılığı əsasında qəbul edilir. Lakin, bir çox Avropa ölkələri sanksiyalara ehtiyac olmadığını bildiriblər.
Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 yanvar 2022-ci il tarixinə qədər uzadıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu yaxınlarda bildirib ki, Avropa İttifaqının sanksiya siyasəti qanunsuzdur və qarşıya qoyulan məqsədlərə nail olmur, Moskva ona qarşı cavab tədbirləri qəbul edəcək.
Peskov qeyd edib ki, ümumilikdə, Rusiya sanksiyalara adaptasiya olub.
"Biz indi də düşünürük ki, bu, beynəlxalq hüquq baxımından qanunsuzdur. Ən əsası heç yerdə sanksiyalar onların müəlliflərinin öz məqsədlərinə çatması ilə nəticələnməyib ", - deyə Peskov bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya mövcud şəraitə mükəmməl şəkildə uyğunlaşıb:
"Bundan əlavə, Rusiya bundan səmərələr (yerli istehsalın inkişafı, idxalın əvəzlənməsi və s. baxımından) əldə edib.
Qeyd edək ki, ötən gecə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qeyd edib ki, Aİ liderləri Brüsseldə sammit zamanı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair razılığa gəliblər.
Həmçinin oxuyun:
Kreml: Rusiya sanksiyalara uyğunlaşıb
Qərb hər şeydə Rusiyanı ittiham edir - Peskov
Rusiya ilə ABŞ arasında ciddi fikir ayrılıqları
Ağ Ev Putinlə Baydenin görüşünün detallarını açıqladı
"Qırmızı xətlər" və Ukrayna: Putinlə Bayden nəyi müzakirə etdilər