"Biz təklif etmişik ki, halal restoranlar vergilərdən azad olunsun. Belə restoranların kommunal xərclərinə gəlincə, təklif etmişik ki, onlara həmin vəsait fiziki şəxslərə görə necə hesablanırsa, o cür hesablansın. Çünki halal restoranlar Azərbaycanda gəlir gətirməyəcək. Deyirlər ki, pul haramdadır".
"Lakin halallıq məsələsi yemək-içməklə yekunlaşmamalıdır. İslamda halal deyərkən sadəcə bunlar əmr edilmir. Burada ədalətli olmaq, dürüst olmaq, səmimi olmaq, müştərini aldatmamaq da nəzərdə tutulur. Yəni müştəriyə köhnə mal verməmək lazımdır. Çünki "halal" konsept sadəcə alkaqollu içkinin, donuz ətinin olub-olmaması demək deyil. "Halal" konsept geniş məfhumdur. Xidmət sahəsində halallıq qorunmalıdır. Mal gündəlik olaraq həmin günün şərtlərinə uyğun satılmalıdır. Bəzən məhsulu halal adlandırıb onu çox baha da satırlar".