BAKI, 25 dekabr — Sputnik. Nutrisioloq Kristina Juravlyova RİA Novosti-yə verdiyi müsahibəsində məhsulların uyğun olmayan birləşmələrindən danışıb.
Onun sözlərinə görə, orqanizmə ən böyük zərəri yağlar və şəkərlə doymuş məhsulların birləşməsi verir. Juravlyova qeyd edib ki, bitki yağı və qoz-fındıq doymamış yağları ehtiva edən balıqla nisbətən yaxşı, ətlə isə daha pis uyğunlaşır.
"Kartof, çörək, noxud, düyü, darı, mərcimək və göbələk ilə ət yemək tövsiyə edilmir. Ət yeməyini tərəvəz salatı, qulançar, göyərti ilə yemək daha yaxşıdır", - deyə nutrisioloq əlavə edib.
Bu yaxınlarda nutrisioloq Alyona Stepanova qışda orqanizmin hansı vitaminlərə ehtiyac olduğunu bildirib. Bunlar C və D vitaminləridir ki, mütəxəssis bunları profilaktik dozalarda qəbul etməyi məsləhət görüb.
Həmçinin oxuyun:
Hemoqlobini necə artırmaq olar - nutrisioloqun tövsiyəsi
Pomidor şirəsinin faydaları və zərərləri barədə