CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hemoqlobini necə artırmaq olar - nutrisioloqun tövsiyəsi

© Sputnik / Zulfiyya GuluyevaAşura günü paytaxt Bakıda
Aşura günü paytaxt Bakıda - Sputnik Azərbaycan, 1920, 18.12.2021
Abunə olmaq
Hemoqlobinin orqanizmdə aşağı olması səhər vaxtı ayağa qalxmağa gücün və enerjinin olmamasına, saçların tökülməsinə və dırnaqların qırılmasına səbəb olur.
BAKI, 18 dekabr — Sputnik. Nutrisioloq Yevgeniya Deqtyannikova qanda hemoqlobin səviyyəsinin artırılmasına kömək edən bir sıra məhsullar barədə fikirlərini RİA Novosti ilə bölüşüb.
"Hemoqlobin çatışmazlığı ilə qırmızı ət (mal və qoyun əti) və əlavə məhsullar, həmçinin C vitamini: mərcangilə, kələm, kivi, brokoli bizə kömək edəcək. Məhz bu məhsullar dəmiri mənimsəməyə kömək edir", - deyə Deqtyannikova qeyd edib.
Ekspert əlavə edib ki, aşağı hemoqlobin orqanizmin tamamilə tənəzzül etməsinə gətirib çıxarır: qalxanabənzər vəz və qadın reproduktiv sistemində problemlər, qaraciyər funksiyasının pozulması və detoksifikasiya.
Hemoqlobinin orqanizmdə aşağı olması səhər vaxtı ayağa qalxmağa gücün və enerjinin olmamasına, saçların tökülməsinə və dırnaqların qırılmasına səbəb olur.
"Sizdə aşağı qan təzyiqi və sürətli nəbz olacaq, həmçinin dodaqların kənarları boyunca uçuqlar isə dəmir çatışmazlığından xəbər verəcək", - deyə diyetoloq yekunlaşdırıb.
Xəbər lenti
0