SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrova zəng: mövzu Azərbaycan-Ermənistan sərhədidir

Rusiya xarici işlər naziri Lavrova zəng vuran Mirzoyan sərhədlə bağlı məsləhətləşmələr aparıb.
Sputnik
BAKI, 22 dekabr - Sputnik. Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan çərşənbə günü apardıqları telefon danışığında Azərbaycan-Ermənistan sərhədində sabitliyin səviyyəsinin artırılmasının vacibliyini bəyan ediblər.
Sputnik Azərbaycan bildirir ki, xəbəri Ermənistan XİN yayıb.
Qeyd olunur ki, nazirlər noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının görüşündə əldə olunan razılaşmaların yerinə yetirilməsinə dair geniş spektrdə məsələləri müzakirə ediblər.
"Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılması və vəziyyətin deeskalasiyası üzrə tədbirlərin, eləcə də sərhədin delimitasiya və demarkasiyası mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulandı", - məlumatda deyilir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Həmçinin bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Moskvada, noyabrın 26-da isə Soçidə Bəyanat imzalayıblar.
Eləcə də oxuyun:
* Əliyev və Paşinyan ilin sonunda yenidən görüşəcəklər?
* Paşinyan Azərbaycan prezidentilə prinsipial razılaşmanı açıqladı
* Moskva Əliyevlə Paşinyanın görüşünə münasibət bildirdi