BAKI, 19 dekabr — Sputnik. Moskva və Ankara Türkiyə paytaxtında Rusiya səfiri Andrey Karlova sui-qəsdin təşkilatçılarının qurduğu tələyə düşmədilər, iki ölkənin dostluğu sarsılmadı. Sputnik Azərbaycan xəbər verir ki, bu fikri rusiyalı diplomatın həlak olmasının 5-ci ildönümündə RİA Novosti-yə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.
"Səfir Andrey Karlovun məkrli sui-qəsd nəticəsində ölümündən 5 il keçir. Səfir Karlova hücum Türkiyə-Rusiya dostluğuna hücum idi, amma Türkiyə və Rusiya bu tələyə düşmədi. Ona görə də Türkiyə-Rusiya dostluğuna xələl gətirmək istəyənlər məyus oldular", - deyə türkiyəli nazir bildirib.
O əlavə edib ki, Karlova hücum terror aktı idi.
"Terrorun, bu qeyri-insani qəddarlığın irqi, dini, dili yoxdur. Türkiyə bu ağrını hamıdan yaxşı başa düşür, çünki yaxın keçmişdə çoxlu sayda diplomatları terrorun qurbanı olub (1970-80-ci illərdə Ermənsitanin Azadlığı Uğrunda gizli erməni ordusu - ASALA silahlıları tərəfindən qətlə yetiriliblər-red.).
Qeyd edək ki, Karlov 2016-cı il dekabrın 19-da Ankarada "Rusiya Kalininqraddan Kamçatkaya səyahətçinin gözü ilə" fotosərgisinin açılışında güllələnib. Hücumu polis məmuru Mövlud Mert Altıntaş həyata keçirib və o, təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Rusiya səfirinə sui-qəsdin təşkilində 28 şübhəliyə qarşı ittiham irəli sürülüb ki, onların arasında ABŞ-da yaşayan dini lider Fətullah Gülən də olub. O sözügedən ittihamları rədd edib.
Mart ayında Ankara məhkəməsi Karlovun qətli ilə bağlı hökm çıxarıb. Təqsirləndirilənlərdən beş nəfəri ömürlük həbs cəzasına məhkum edilib. Səkkiz nəfərə 3 il 9 aydan 15 ilə qədər həbs cəzası verilib, 6 nəfər isə bəraət alıb. Gülən də daxil olmaqla axtarışda olan daha 9 təqsirləndirilən şəxsin işi prokurorluğun tələbi ilə ayrıca məhkəmə icraatına verilib.
Həmçinin oxuyun:
İranın gözlənilməz təklifi Qafqazda vəziyyətə necə təsir edəcək
Prezident İlham Əliyevin dəhlizlə bağlı açıqlaması reallaşdırılmalıdır
Ermənistan bütün dünyaya Azərbaycandan şikayətlənir. Bakıda bu barədə nə düşünürlər
* Sergey Markov: Ermənilər Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu bilirlər