BAKI, 18 dekabr — Sputnik. UEFA Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.
Sputnik Azərbaycan xəbər verir ki, "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdikləri ikinci tur oyunundakı dəqiq zərbəsi birinci yerə layiq görülüb.
Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb.
Qeyd edək ki, qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Kadi Borgesin qolu 28 faiz səs toplayıb.
Eləcə də oxuyun: