BAKI, 18 dekabr - Sputnik. Bakıda avtomobilə odlu silahdan atəş açılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadən bildirir ki, dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində qəsəbə sakini Rza Hacıyev münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açıb. Sonra isə hadisə yerini tərk edib. Xəsarət alan olmayıb.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları R.Hacıyevi saxlayıblar. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
KİV-in məlumatına görə, R.Hacıyev Milli qəhrəman Əlif Hacıyevin qardaşıdır. O, Neftçalanın və Bakının Sabunçu rayonunun keçmiş polis rəisi olub.
Araşdırma aparılır.
Eləcə də oxuyun: