BAKI, 18 dekabr - Sputnik. Macarıstanın "MOL Fehervar" klubu Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emrelini transfer etmək istəyir.
Sputnik Azərbaycan Report-a istinadən bildirir ki, Yüksək Liqa təmsilçisi Varşava klubu ilə danışıqları davam etdirir.
İddiaya görə, klub 24 yaşlı hücumçunun keçidi üçün qarşı tərəfə 1 milyon avro təklif edib.
"Legiya" rəhbərliyinin isə Emrelini komandada saxlamaq üçün cəhdləri hələlik nəticə vermir. Forvardın qış fasiləsində paytaxt klubunu tərk edəcəyi gözlənilir.
"MOL Fehervar" Macarıstan çempionatında 16 turdan sonra 26 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum ediblər. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, həmin hadisədən sonra oyuna və məşqlərə çıxmır.
Eləcə də oxuyun: