BAKI, 17 dekabr — Sputnik. Avropa İttifaqının sanksiya siyasəti qanunsuzdur və qarşıya qoyulan məqsədlərə nail olmur, Moskva ona qarşı cavab tədbirləri qəbul edəcək. Ümumilikdə, Rusiya sanksiyalara adaptasiya olub. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz indi də düşünürük ki, bu, beynəlxalq hüquq baxımından qanunsuzdur. Ən əsası heç yerdə sanksiyalar onların müəlliflərinin öz məqsədlərinə çatması ilə nəticələnməyib ", - deyə Peskov bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya mövcud şəraitə mükəmməl şəkildə uyğunlaşıb:
"Bundan əlavə, Rusiya bundan səmərələr (yerli istehsalın inkişafı, idxalın əvəzlənməsi və s. baxımından) əldə edib.
Qeyd edək ki, ötən gecə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qeyd edib ki, Aİ liderləri Brüsseldə sammit zamanı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına dair razılığa gəliblər.
Həmçinin oxuyun:
Qərb hər şeydə Rusiyanı ittiham edir - Peskov
"Qırmızı xətlər" və Ukrayna: Putinlə Bayden nəyi müzakirə etdilər