TƏHLİL

Politoloq: Ermənistan təxribatlarla vaxt udmaq istəyir

Millət vəkili: Ermənistan məğlubiyyətə uğramış tərəfdir və ona görə də, səhədlərin müəyyənləşdirilməsi prosesindən yayınmağa çalışır.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Azərbaycan Xarixi İşlər Naziri Ceyhun Bayramovun Ermənistana yönəlmiş açıqlamaları Brüssel görüşü öncəsi mənzərəni təsvir edir. Ceyhun Bayramov Azərbaycana qarşı təxribatlar haqqında danışarkən bildirib ki, belə təxribatlara əl atmaqla Ermənistan heç nəyə nail olmayacaq və bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq.
Sputnik Azərbaycan Brüssel görüşü öncəsi baş verənlər fonunda XİN rəhbərinin açıqlamaları ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlunun və politoloq Fərhad Məmmədovun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistanın təxribatlar törətməsi yeni deyil, xüsusən də yeni mərhələdə:

"Sərhədlərin delimitasiya və demarkasiyasının aparılması və onun ardınca yekun sülh sazişinin imzalanması qaçılmazdır. Azərbaycan Vətən Müharibəsindəki qələbədən sonra uyğun olaraq özünün güc mövqeyini formalaşdırdı. Bağlanacaq yekun sülh sazişi də Azərbaycanın maraqlarına uyğun olmalıdır. Ermənistan məğlubiyyətə uğramış tərəfdir və ona görə də, səhədlərin müəyyənləşdirilməsi prosesindən yayınmağa çalışır".

Millət vəkili qeyd edib ki, Ermənistan sülh sazişini imzalamaqdan da yayınır. Onun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi də yekun sülh sazişini imzalamağın onların siyasi kariyerasının sonu olacağını yaxşı dərk edirlər:
"Ermənistan cəmiyyətində ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanata görə gərginlik səngimək bilmir. Paşinyana qarşı olan müxalifətin güclərini birləşdirməkdə olduğunu görürük. Onlar gözləyir ki, Paşinyan Azərbaycanın maraqlarına uyğun hər hansı addım atsın".
VİDEO
Soçidə çox şey əldə etdik, Brüsseldən nə gözləmək olar? – ekspert cavab verib
Soçi görüşündə Ermənistan sənəd imzalamağa məcbur oldu deyən millət vəkili hesab edir ki, Brüssel görüşündən Ermənistanın çıx böyük gözləntiləri vardı:

"Paşinyan Brüssel görüşü ilə zaman udacağına ümid edirdi. Amma Soçi görüşü bu ümidləri puç etdi. Ermənistan tərəfi yenə də qeyri-konstruktiv mövqe sərgiləməkdədir. Bununla Paşinyan özünün siyasi hakimiyyətini uzatmağa cəhd göstərir".

Politoloq Fərhad Məmmədov isə deyir ki, Ermənistan tərəfi post-konflikt dövrünə aid olan məsələrin həllini əngəlləmək istəyir. Onun fikrincə, qarşı tərəf təxribatlarla vaxt udmaq istəyir:
Директор Центра стратегических исследований при Президенте Азербайджана Фархад Мамедов

"Çalışırlar ki, mövcud danışıqlar formatı dəyişsin və ya digər qüvvələr də bu prosesə cəlb olunsun. Amma unutmaq lazım deyil ki, bütün təxribatlar Ermənistana baha-başa gəlib".

"Brüssel görüşü ərəfəsində hər hansı iri miqyaslı təxribat ola bilər. Paşinyanın bütün hakimiyyəti dövründə verdiyi bəyanatlar dəyişkən mövqedə olduğunu ortaya qoyur. Daxildən olan təhlükə paşinyan üçün o qədər də təhlükəli deyil. Təxribatlardan ən çox ziyan çəkən də Ermənistandır. Əgər o təxribatların qarşısını alacaq addımlar atmasa, ölkəsinin mövqeləri daha da zəifləyəcək" – deyə politoloq bildirib.
Həmçinin oxuyun:
Rusiya Soçi görüşünün vacibliyini dünyaya göstərmək istəyir
Putin və Ərdoğan Soçi görüşünün nəticələrini müzakirə ediblər
Soçidə üçtərəfli görüşdən İƏT-in Zirvə Toplantısına qədər - həftəlik icmal
Ərdoğan Soçi görüşü barədə: Araz çayı boyunca avtomobil və dəmir yolu çəkiləcək