"500 milyon ton neft ixracı BTC boru kəmərinin 15 illik sabit və səmərəli fəaliyyətinin nəticəsidir. Uzun müddət keçməsinə baxmayaraq BTC qapalı Xəzər hövzəsi ilə dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında birbaşa strateji əlaqə yaratmaqla regionun əsas enerji ixrac arteriyası olmaqda davam edir. BTC-nin inşası özlüyündə nəhəng mühəndislik nailiyyətidir və öz sabit, təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatları ilə bu boru kəməri istismar səmərəliliyinin və dünya səviyyəli fəaliyyətin də gözəl nümunəsidir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə, o cümlədən üç ölkə boyunca insanların və icmaların həyatına gətirdiyi böyük müsbət dəyişikliklərlə qürur duymalıyıq. BTC həqiqətən də hər mənada möhtəşəm bir ixrac sistemidir və onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Bu dünya səviyyəli kəmərin üç ölkə boyunca gecə-gündüz təhlükəsiz və sakit fəaliyyət göstərməsi üçün çalışan bütün insanlara çox təşəkkür edirəm. Mən, həmçinin göstərdikləri dəstəyə və uğurlu əməkdaşlığa görə BTC-nin səhmdarlarına da öz minnətdarlığımı bildirirəm".