BAKI, 11 dekabr — Sputnik. UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la matçda İsveçrənin "Bazel" klubunda qalmaqal baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, meydan sahiblərinin futbolçusu Sebastyano Espozito baş məşqçi Patrik Rahmenlə mübahisə edib.
Müqavilə ilə İtaliyanın "İnter" klubuna məxsus olan 19 yaşlı hücumçu 80-ci dəqiqədə meydana çıxmaq istəməyib. Nəticədə italiyalı forvard mütəxəssisin və komanda yoldaşlarının qəzəbinə tuş gəlib. Kapitan Valentin Stoker və bir neçə oyunçu Espozitonu tənqid edib.
"Bazel"in mətbuat xidmətinin rəhbəri Saymon Uolter hadisəni təsdiqləyib. O, futbolçunun bu addımının qəbuledilməz olduğunu və məsələni klub daxilində müzakirə edəcəklərini söyləyib.
Qeyd edə ki, qarşılaşma "Bazel"in 3:0 hesablı qələbəsi ilə bitib. Zədəsini sağaldan Sebastyano Espozito 3 aydan sonra sıraya dönüb.