BAKI, 10 dekabr — Sputnik. Dekabrın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Lənkəran rayonunda Səpnəkəran kənd sakini F.Qənbərovdan, Goranboy rayonunda Hacallı kənd sakini S.Səfərovdan, Zərdab rayonunda Bıçaqçı kənd sakini H.Məmişovdan, Qəbələ rayonunda Əmirvan kənd sakini V.Yusifovdan, Yengicə kənd sakini F.Səmədovdan, Həmzəli kənd sakini A.Yusifzadədən, Ucar rayonunda rayon sakini, əvvəllər məhkum olunmuş N.Beydullayevdən, Şəmkir rayonunda Əliyaqublu kənd sakini Ş.Mustafayevdən qanunsuz saxladıqları müxtəlif markalı 9 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Goranboy, Şəki, Biləsuvar, Şəmkir və Quba rayonlarında 7 vətəndaş qanunsuz saxladıqları müxtəlif markalı 7 ədəd ov tüfəngini könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.
Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Həmçinin oxuyun:
“Deepfake” texnologiyası: “əsaslı yalan” qarışıq dünyanı bir az da qarışdırıb
Səhrada cənnət: dəniz suyu təmizlənir, balıq da yetişdirilir, zeytun da