CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəran sakinlərindən 16 ədəd qanunsuz ov tüfəngi müsadirə edilib

© AP Photo / Bob EdmeSilah
Silah - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Goranboy, Şəki, Biləsuvar, Şəmkir və Quba rayonlarında 7 vətəndaş qanunsuz saxladıqları müxtəlif markalı 7 ədəd ov tüfəngini könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər
BAKI, 10 dekabr — Sputnik. Dekabrın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan ümumilikdə 16 ədəd ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Lənkəran rayonunda Səpnəkəran kənd sakini F.Qənbərovdan, Goranboy rayonunda Hacallı kənd sakini S.Səfərovdan, Zərdab rayonunda Bıçaqçı kənd sakini H.Məmişovdan, Qəbələ rayonunda Əmirvan kənd sakini V.Yusifovdan, Yengicə kənd sakini F.Səmədovdan, Həmzəli kənd sakini A.Yusifzadədən, Ucar rayonunda rayon sakini, əvvəllər məhkum olunmuş N.Beydullayevdən, Şəmkir rayonunda Əliyaqublu kənd sakini Ş.Mustafayevdən qanunsuz saxladıqları müxtəlif markalı 9 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Goranboy, Şəki, Biləsuvar, Şəmkir və Quba rayonlarında 7 vətəndaş qanunsuz saxladıqları müxtəlif markalı 7 ədəd ov tüfəngini könüllü olaraq rayon polis şöbələrinə təhvil veriblər.
Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Həmçinin oxuyun:
Silah varsa, deməli, bir gün atəş açacaq...
“Deepfake” texnologiyası: “əsaslı yalan” qarışıq dünyanı bir az da qarışdırıb
Səhrada cənnət: dəniz suyu təmizlənir, balıq da yetişdirilir, zeytun da
Xəbər lenti
0