HADİSƏ

Masallıda əlvan metallar və pul oğurlayan şəxslər ələ keçdi

Həmin şəxslərin daxil olduğu obyektdən ümumilikdə 1000 manat dəyərində əlvan metallar və 1 ədəd kəsici aparat oğurladıqları məlum olub.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Masallıda 1000 manat dəyərində əlvan metallar oğurlayan rayon sakinləri saxlanılıblar. Digər əməliyyat-axtarış tədbirləri ilə isə həmkəndlisinin evindən oğurluq edən rayon sakini yaxalanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axşam saatlarında rayon ərazisindəki metal qəbulu məntəqələrindən birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Masallı rayon sakinləri əvvəllər məhkum olunmuş Qabil Əmənov Rəşad Nəcəfov olduqları müəyyən edilib. Həmin şəxslərin daxil olduğu obyektdən ümumilikdə 1000 manat dəyərində əlvan metallar və 1 ədəd kəsici aparat oğurladıqları məlum olub.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə rayonun Türkoba kəndi ərazisindəki evlərdən birindən oğurluq etməkdə şübhəli bilinən həmin kəndin sakini Əmrah Əkbərov saxlanılıb. Onun daxil olduğu yaşayış evindən 700 manat pul oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Eləcə də oxuyun:
* Bu il Azərbaycanda adamların girov götürülməsi faktı qeydə alınmayıb
* Güləş Federasiyasından oğurluq - saxlanılanlar var
* Günün kriminal xronikası: Bu dəfə hədəf qəbiristanlıqlar oldu