Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu il Azərbaycanda adamların girov götürülməsi faktı qeydə alınmayıb

© AR Ministry of Internal AffairsDİN
DİN  - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Elşad Hacıyev: Cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır. Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib.
BAKI, 7 dekabr — Sputnik. Bu ilin yanvar-noyabr aylarında mülkiyyət əleyhinə cinayətlər sırasında oğurluq hadisələri 542 fakt azalıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, mülkiyyət əleyhinə cinayətlər - xüsusi əmlak üzrə oğurluqlar 518, əl çantasından oğurluqlar (cibgirlik) 47, mobil telefon oğurluğu 157, mənzil və şəxsi evlərdən oğurluqlar üzrə 283 fakt azalma müşahidə olunub.
"Bu, ötən illə müqayisədə cinayətlərin ümumi indeksində yaxşıya doğru müsbət dinamikadır. Bu, onu göstərir ki, ölkəmizdə həyata keçirilən effektiv hüquq-mühafizə tədbirləri nəticəsiz qalmayıb. Cinayətlərin açılma faizi orta hesabla 90 faizə yaxındır. Elə cinayətlər var ki, xüsusən şəxsiyyət əleyhinə olan cinayətlərin 100 faiz açılması təmin edilib. Bu il adamların girov götürülmə faktı qeydə alınmayıb", - E.Hacıyev bildirib.
Həmçinin oxuyun:
67 gün girov saxlanan bank işçisi sabiq MTN generalının məhkəməsində ifadə verdi
Xəbər lenti
0